Qadin.NET / Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar

Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar

 

Birləşmiş Millətlər Təşkilatınin məlumatlarına görə, ümumilikdə dünyada kişilərin sayı qadınlardan 75 milyon nəfər çoxdur.
Bu üstünlük dünyanın fərqli kontinentlərində müxtəlif cür dəyişir.Əgər Avropa üçün qadınlar kişilərə nisbətdə cüzi üstünlüklərə malikdirlərsə, Afrika və Asiyada kişilərin sayı qadınlardan xeyli çoxdur. Avropada da kişilər dünyanın digər yerlərində olduğu kimi qadınlara nisbətə çox doğulsalar da, sağlamlıq problemləri və sui-qəsdlərin geniş yayılması bu üstünlüyü 40 yaşına çatdıqda aşağı salır.
Yaş artdıqca qadınların dominantlığı da artır.Digər bir səbəb isə I və II Dünya müharibələrinin baş verməsi səbəbindən balansın pozulmasıdır.Məsələn, 1950-ci ildə Almaniya Federativ Respublikasında kişilər 45,8%, Polşada 46,2, SSRİ-də isə 44,1% idi.
Nəsillər biri-birini əvəzlədikcə bu fərq kişilərin xeyrinə dəyişib. Buna baxmayaraq hələ də müharibələrin nəticələri Avropadakı cinsi balans məsələsində özünü göstərir.Kişilərin dominantlığı baxımından Asiyanın Cənub-Şərqi və Yaxın Şərq dünya lideri sayılır.
Dünya praktikası və tarixi araşdırmalar qadınların daha çox hüquqlarının pozulduğu ölkələrdə onların sayının az olduğunu göstərir.
Asiya və Afrikanın əksər ölkələri bu mənada patriarxat quruluşunun əsas cizgilərini qoruyub-saxlaya biliblər.Qız uşaqlarının erkən nikaha girməsi, onların ağır fiziki işlərə cəlb olunması, ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi səbəbindən Çin, Hindistan, Pakistan kimi ölkələrdə və xüsusən neftlə zəngin ərəb dövlətlərində kişilərin əhalinin tərkibində mütləq çoxluğu ilə nəticələnib. “Bir ailə-bir uşaq” siyasəti nəticəsində Çində kişilərin həddən artıq çoxluğu yaranıb. Xüsusən övladlarının qız olacağından ehtiyatlanan ailələrin hamiləliyi yarımçıq saxlamaları, abort etmələri burada gender balansını kəskin şəkildə pozub.Orta hesabla hər 108 oğlana Çində 100 qız düşür. Çinin qonşusu Hindistanda isə hər 100 qadına 107 kişi düşür. Ümumiyyətlə isə kişilərin çoxluq təşkil etdiyi ölkə kimi Birləşmiş Ərəb Əmirlikləri dünya lideridir. Ölkə əhalisinin 67%-ini kişilər təşkil edir. Orta hesabla burada 100 qadına 201 kişi düşür.
Modern.az 100 qadına düşən kişi sayına görə ölkələrin siyahısını təqdim edir.
Qətərdə 197,8 kişi
Bəhreyn 153,9
Küveyt 143,1
Maldiv adalıarı 137,4
Oman 122,2
Səudiyyə Ərəbistanı 121,1
Butan 110
Hindistan 107,9
Çin 106,3
Pakistan 105,6
Əfqanıstan 104
Kipr 104,2
İordaniya 103,6
Türkiyə 101,6
İsrail 100,6
Cənubi Koreya 100,1
Tacikistan 99
Tailand 97,7
Azərbaycan 97
Livan 96,2
Yaponiya 95
Qazaxıstan 92,9
Gürcüstan 91,3
Ermənistan 89,1 
Mənbə: Milli.Az

 

1 noyabr 2013
GO BACK