Bu qəbilənin unikal, təkrarolunmaz yaşamı ilə yanaşı, adəti var.Gərçi bütün dünyada kök, sallaqqarın kişilərin əksəriyyəti arıqlamağa çalışsa da, bəhs etdiyimiz qəbilədə kişinin qarnı nə qədər böyük olarsa, həmin zat bir o qədər cəsur, gözəl, müdrik və cazibədar sayılır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Efiopiyadakı "Bodi" qəbiləsinin üzvləri və ya efiopiyalıların "min" adlandırdıqları insanların nəzərində yekəqarın kişi çox gözəldir.Məhz bu səbəbdən qəbilənin "nüfuzlu" kişiləri qarınlarının yekəliyi ilə fəxr edirlər.Belə nüfuza yiyələnmək istəyən kişilər isə yarım il guşənişin yaşayır, qan və südün qarışığından ibarət "bodola" adlı içki içir, daim yeyir və qarınlarını yekəldirlər.Sonra da onlar hər ilin Yeni İl bayramında, yəni bodilərin "Kael" dedikləri gündə kəndin ortasına yığışaraq qarınları ilə qürrələnir, rəqs edirlər.Omo valisinin ucqarlarında ömür sürən bu qəbilənin "ağsaqqal"larının fikrincə, qarnı böyütməyin ən gözəl və sürətli yolu inək südü ilə dana qanının qarışığının içilməsidir."Kael" bayramında yekəqarın kişilərə "baxış" keçirilir, onların arasında ən yekəqarını seçilir və başına "tac" qoyulur.Fransız fotoqraf Erik Laffor bu qəbilədə olaraq "qarın adəti"nin şəkillərini çəkib."Bu mərasimin yaşı çoxdur. "Kael" bayramına, yəni bodilərin Yeni İlinə 6 ay qalmış "nüfuzlu" olmaq istəyən kişilər kəndin bir kənarındakı daxmalara çəkilir, guşənişin olurlar. Onlar səhərlər və axşamlar qanla qarışdırılmış süd içir, sürəkli olaraq yeyir və qarınlarını yekəldirlər. Kimin qarnı daha böyük olarsa, o, daha gözəl, cəsur və nüfuzlu sayılır", - Erik Laffor bildirib.Qəbilədə inəklər müqəddəs və toxunulmaz sayıldığından bodilər mərasim üçün qan lazım olanda inəyin boynunu çərtir, oradan qanı kasaya yığır, sonra yaranı gillə örtürlər. Hava həddən artıq isti olduğundan qarnını yekəltmək istəyən kişi qan və süd qarışığını tez içməlidir ki, məhlul xarab olmasın.
Mənbə: Milli.Az