Qadin.NET / Klubumuzun Avrokuboklarda rəqibi bəlli oldu

Klubumuzun Avrokuboklarda rəqibi bəlli oldu

 

CEV kubokunda “Azərreyl”in rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsində “Olomouts” klubu ilə qarşılaşacaqlar. Çexiya təmsilçisi bundan öncəki mərhələdə “Askö” (Avstriya) komandasını mübarizədən kənarlaşdırıb. Belə ki, evdə 3:0 hesabı ilə qalib gələn “Olomouts” səfərdə də eyni hesabla qələbə qazanıb – 3:0 (25:20, 25:10, 25:18). 
1/8 final mərhələsinin ilk oyunları dekabrın 3-5-də, cavab matçları 1 həftə sonra olacaq. “Azərreyl” birinci görüşünü evdə keçirəcək. 
Qeyd edək ki, “Azərreyl” 1/16 final mərhələsində “Partizan”dan (Serbiya) üstün olmuşdu. 
Mənbə: Milli.Az

 

1 noyabr 2013
GO BACK