Qadin.NET / Gün var əsrə bərabər: Ötənləri yada salaq

Gün var əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən noyabrın 1-də tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.
Miladi: 01 noyabr 2013
Hicri: 26 Zülhəccə 1434
İlin 305-ci günü
İlin sonuna 60 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.58
Günəş - 07.09
Zöhr - 12.28
Əsr - 15.41
Məğrib – 17.54
İşa – 19.12
1604 — Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun "Uaytholl" sarayında səhnəyə qoyulub.
1800 — ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilmişdir. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olmub.
1897 — İtaliya futbol klubu "Yuventus" qurulub.
1903 — alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Teodor Mommzen vəfat edib.
1906 — "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb.
1922 — Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub, sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilib.
1925 — İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
1927 — Mustafa Kamal Paşa (Atatürk) ikinci dəfə Türkiyə Respublikasının prezidenti seçilib.
1939 — Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilib.
1939 — Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilib.
1939 — Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.
1939 — "Sərhədsiz həkimlər" təşkilatının həmtəsisçisi, 2007-ci ildən Fransanın xarici işlər naziri Bernar Kuşner dünyaya gəlib.
1924 — Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl anadan olub.
1940 — azərbaycanlı aktrisa Elmira Şabanova anadan olub.
1944 — 1992-1998-ci illərdə Livanın Baş Naziri Rafiq Həriri anadan olub.
1950 — Azərbaycan Texniki Universiteti açılıb.
1973 — hind aktrisası və model Ayşvariya Ray anadan olub.
1993 — Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb.
1994 — Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurub.
1998 — Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.
2008 — Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalayıblar.

Mənbə: Milli.Az

1 noyabr 2013
GO BACK