Qadin.NET / Apple Azərbaycanla bağlı kobud səhvə yol verib

Apple Azərbaycanla bağlı kobud səhvə yol verib

 

Oxuculardan birinin Day.Az saytına göndərdiyi məktubda Apple şirkətinin hazırladığı yeni "Apple OS X Mavericks" əməliyyat sistemində ölkəmizlə bağlı kobud səhvə yol verildiyi qeyd olunub. Məlum olduğu kimi, Apple fərdi kompüter, noutbuk, planşet və smartfon istehsalçısıdır. Bu şirkətin yeniliklərini, demək olar ki, bütün dünya izləyir. Çünki Apple informasiya texnologiyaları sahəsində dünyanın ən nüfuzlu şirkətlərindən biridir. Oxucu qeyd edir ki, yeni əməliyyat sistemindəki yenilənmiş xəritə bölməsində Azərbaycanın yaşayış məntəqələri ilə bağlı yanlış məlumatlar var. Orada Xankəndi şəhərinin adı Stepanakert kimi qeyd olunub. Halbuki həmin şəhərin adı Azərbaycan müstəqillik əldə etdikdən sonra dəyişdirilib. Analoji səhvlər Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrinə də şamil olunub. Milli.Az olaraq oxucularımıza təklif edirik ki, məsələ ilə bağlı Apple şirkətinə məktub yazaraq səhvlərin düzəldilməsini tələb etsinlər.  ABŞ-da yaşayan soydaşlarımız hətta telefonla zəng edərək şirkət qarşısında məsələni qaldıra bilərlər. 

Müraciətin ingilis dilində nümunəsini təqdim edirik: "To the attention of Apple administrators!"Since Apple is a worldwide known multinational corporation, I consider it important to take the mistake noticed in your brand new OS X Mavericks operational system to your consideration. The mentioned mistake is gross and harms the interests of Azerbaijan. In "Maps" section of your new OS X Mavericks the streets locating in Karabakh region have been named with Armenian names while the cities of the region with old Soviet names. As the Karabakh region is the part of the internationally recognized Azerbaijani territory, You have to change that names for historical Azerbaijani ones.In this regard, we kindly ask you to immediately correct that mistake.
Your propmt action will be highly appreciated.
Thank You in advance". 

 

Apple Azərbaycanla bağlı kobud səhvə yol verib


Mənbə: Milli.Az

1 noyabr 2013
GO BACK