Qadin.NET / Bu günün hava proqnozu-01.11.2013

Bu günün hava proqnozu-01.11.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam hava tutqun olacaq.Temperatur gecə 9-12°, gündüz 15-19°, Bakıda gecə 10-12°, gündüz 16-18° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 1-6°, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, axşam isə az yağış yağacaq.Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam çiskin olacaq. Temperaturun gecə 4-9°, gündüz 15-20° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında səhər və axşam bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Temperaturun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam az yağış yağacaq. Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Temperaturun gecə 8-12°, gündüz 16-21° isti, dağlarda gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Mənbə: Milli.Az
1 noyabr 2013
GO BACK