Qadin.NET / Günün qoroskopu - 01.11.2013

Günün qoroskopu - 01.11.2013

 

Qoç - yaxınlarınıza həddən ziyadə diqqətli olun. Yalnız öz maraqlarınızı düşünərək mənafelərinizi təmin etməyə çalışsanız, mühüm nüansı nəzərdən qaçıracaqsınız. Sevdiyiniz insanla münasibətlərdə sərinlik istisna deyil. Planların müzakirəsi kəskin mübahisəyə səbəb ola bilər. Sinirli və emosional vəziyyətdə gərəksiz sözlər söyləməmək üçün istənilən situasiyada təmkinli, soyuqqanlı davranın. İşgüzar fəaliyyət baxımından yaxşı gündür. Maddi durumunuzu möhkəmləndirməklə yanaşı, əməkdaşlığın yeni şərtlərini tərəfdaşlarla müzakirə edə bilərsiniz. Ətrafınızdakı insanları planınız çərçivəsində işləməyə sövq etmək çətin deyil. İzafi məsuliyyət və gərəksiz təlaşa ehtiyac yoxdur.
Buğa - uğurlu və xoş gündür. Məqsədə çatmaq üçün qan-tər tökərək çalışmaq gərək deyil. Qələbəyə nail olmaq asandır. Yetər ki, fəndgir və soyuqqanlı olasınız. İdeyanızı həmkarlarınızla yanaşı, nüfuzlu şəxs də dəstəkləyəcək. Planları dərhal həyat keçirməyə başlayaraq ən yaxşı nəticəyə nail ola bilərsiniz.Gəlir, karyera inkişafı istisna deyil. Şəxsi münasibətlərdə situasiya əverişlidir. Sizi sevir, sizə diqqət yetirir, anlayırlar. Səfər, səyahət və ailəvi istirahət üçün yaxşı gündür. Yaxşı əhval və nikbinliyi qorumaq çətin deyil.
Əkizlər - müstəqil fəaliyyət göstərməklə yanaşı, səlahiyyətlər və işinizin bir qismini etibar etdiyiniz insana həvalə etsəniz, uğur əldə edəcəksiniz. Ən çətin, maraqsız işləri tapşırmağa adam tapılacaq. Maraqlı və yaradıcı işlərlə məşğul olun. Yaxşı nailiyyətlər əldə etməklə yanaşı, yeni və dəyərli müttəfiqlər qazana bilərsiniz.Romantik münasibətlərdə problemlər ağırlaşır. Sevdiyiniz insanın problemi ilə səmimi şəkildə maraqlanın. Ətrafdakı insanların sözlərini dinləyin. Eqoizm təzahürlərini minimuma endirin. Həyatınızı zəhərləyən vərdişlərlə mübarizə aparın. Səyləriniz nəticəsiz qalmayacaq.
Xərçəng - uğurlu və əlverişli gündür. Emosional fon zəngindir. Əhvalınız normaldır, ətrafınızdakı insanlarla asanlıqla dil tapırsınız. Yaxınlarınız və tanışlarınızla mübahisələrə yol verməyin. Romantik macəra, perspektivlər vəd edən görüş istisna deyil. Hadisələri tələsdirməyin, situasiyanın inkişafını naqis istiqamətə yönəltməyin. Şəraitin ritminə uyğunlaşmağa çalışın. İşdə uğurlara nail ola bilərsiniz. Peşəkarlığınızı həmkarlarınız və rəhbərliyə nümayiş etdirin, nüfuzunuzu gücləndirin, bacarıqlarınızın etirafına nail olun. Maliyyə durumu bir qədər problematik olacaq. Nəzərdə tutulmamış xərclər istisna deyil.
Şir - yaşam tonusunuzun səviyyəsi aşağı düşür. Özünüzü qoruyun. Çətin, yorucu, üzücü işlərdən imtina edin. İşgüzar ünsiyyətdə mövqeləriniz səbatlı olacaq. İndi şərtlərinizi ətrafınızdakı insanlara diqtə edərək göstərişlərin sözsüz icrasını tələb edə bilərsiniz. Maliyyə durumunuz stabildir. Nigaran olmadan sövdələşə bilərsiniz. Alış-veriş üçün yaxşı gündür. Ailədə problemlər istisna deyil. Qohumlarınız davranışınızı bəyənmir, sizi tənqid edirlər. Mübahisə etməyin. Sadəcə, deyilənləri eşidin. Sevdiyiniz insanla təmaslar əhvalınızı yaxşılaşdıracaq. Onu sevindirin.
Qız - enerjiniz çoxdur. Zəhmət və səylərinizi yanlış istiqamətə yönləndirməyin. Unutmayın ki, yaxın ətrafınızdakı insanların yardım və dəstəyə ehtiyacları olsa da, sizin işləriniz də çözülməli, görülməli və başa çatdırılmalıdır. Prioritetləri dürüst müəyyənləşdirin. Günü elə planlaşdırın ki, nəzərdə tutduğunuz işləri uğurla başa vura biləsiniz. Xərclərin məbləği arta bilər. Məsrəflərin əksəriyyəti sizin tələbatınızla yox, yaxın ətrafınızdakı insanların gözləntiləri və istəkləri ilə bağlıdır. Səfər, yaşam arealının dəyişdirilməsi, habelə zərərli vərdişlərdən imtina üçün əlverişli gündür. Yaxşı ideyalarınızı yaxınlarınız dəstəkləyəcək və təqdir edəcəklər. Axşam saatlarındakı tanışlığın uzunmüddətli perspektivləri var.
Tərəzi - çətin, qarışıq gündür. Əsas problem odur ki, qarşınıza dürüst məqsədlər qoysanz da, həmin məqsədlərə çatmaq üçün seçdiyiniz yollar doğru deyil. Nəticədə köhnə problemlər qabarır, yeni problemlər yaranır. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın.İşdə sayıq olun. Əlavə problemlərin yaranmaması üçün işdə daha təcrübəli həmkarlarınızın dediklərini dinləyin. Ailə məsələlərində intuisiyanıza güvənərkən ifrata varmayın. Çünki təhtəlşüur həmişə xeyirli olmur. Günün ikinci yarısında ənənələr və yazılmamış qanunları pozmaq, istənilən ölçüdə "inqilab"a başlamaq olmaz.Yaşam tonusunun səviyyəsi aşağı düşəcək. Səhhətinizdə problemlər istisna deyil.
Əqrəb - sövdələşmə və anlaşmalar üçün uğurlu gündür. Maddi durumunuz və daşınmaz əmlakla bağlı situasiyanın yaxşılaşdrılmasına yönəlmiş işləriniz müsbət nəticələr verəcək. İşgüzar münsibətlərdə sayıq olun. Bu gün ətrafınızda sizin hesabınıza işlərini həll etməyə çalışan adam var. Peşəkar intuisiya sizi aldada bilər. İnandığınız, etibar etdiyiniz insanın məsləhətlərini qulaqardına vurmayın. Sevdiyiniz insanla münasibətlərdə köhnə problemləri həll edərək hər ikinizə xoşagəlməz olan məqamları çözmək gərəkdir. Çətinliklərdən yan qaçmaq situasiyanı daha da çətinləşdirə bilər. Sədləri mümkün qədər tez dəf etmək üçün sürətlə çalışın. Vədləri unutmayın, başqalarına da öhdəlikləri yaddan çıxarmağa imkan verməyin. Qohumlarla təmasları normal vəziyyətə gətirin.
Oxatan - uğurlu və düşərli gündür. Praktiki olaraq istənilən işdə əhəmiyyətli uğurlara nail ola bilərsiniz.
Bədxahlardan daha çox öz yardımlarını həddən ziyadə aktiv şəkildə təklif edən insanlardan ehtiyatlanın. Məqsədə çatmaq üçün fəaliyyət müstəqilliyi və hərəkət azadlığı gərəkdir. Ailənin artan tələbatı xərcləri də çoxaldır. Birgə istirahətə hazırlıq məsrəf tələb edir. Simiclik etməyin, ailənin maraqlarını nəzərə alın. Şəxsi həyatda ciddi yeniliklər və dəyişikliklər olmayacaq. Təşəbbüskar olun.
Oğlaq - çətin və qarışıq gündür. Kiçik, önəmsiz, amma diqqət tələb edən işlərin bataqlığına düşə bilərsiniz. Belə situasiyada ciddi uğurlar və ya önəmli irəliləyişlər barədə danışmağa dəyməz. İşə yeni köməkçilər cəlb etsəniz, proses bir qədər yüngülləşə bilər. Günün ilk yarısında başlayan işgüzar əlaqələr axşam saatlarında dost təmaslara çevrilə bilər. Qohumlarla ünsiyyət, ailəvi istirahət üçün yaxşı gündür. Uzun səfərlər məsləhət deyil. Evdən uzaqda xoşagəlməz fikirlər və problemlər yarana bilər. Romantik münasibətlərin inkişafını sürətləndirməyə çalışmayın.Mövqeyinizi kiməsə zorla qəbul etdirməyin, məsləhətlər verməyin. Bütün bunlar münaqişə yarada bilər.
Dolça - əvvəlcədən hazırlanmış planları pozmayaraq əsas məqsədi unutmasanız, çox işi uğurla başa vura bilərsiniz. Əsas diqqəti önəmli işə yönəldin, ikinci dərəcəli işlərə çox vaxt ayırmayın. Əks təqdirdə önəmsiz məsələlər vaxtınızı alacaq, fikriniz xırda detallara yönələcək. Maliyyə baxımından uğurlu gündür. Alış-veriş etmək, sövdələşmə və ya anlaşma imzalamaq olar.Səfər və ya səyahət xoş təəssüratlar vəd edir. Evdən uzaqda qarşılıqlı rəğbət yaranaraq maraqlı tanışlıq formalaşa bilər. Sevdiyiniz insan və qohumlarınızın qayğınıza ehtiyacı var. Lakin bütün niyyətləri reallaşdırmaq mümkün deyil. Həyat tonusunuz yüksəkdir. Səhhətinizlə bağlı ciddi problemləriniz olmayacaq.
Balıqlar - yaşam tonusunun səviyyəsinin yüksəlişi və stabil emosional fonlu gündür. Başladığınız istənilən işdə əla nəticələrə malik olaraq orijinal ideyaları reallaşdıra bilərsiniz. Müstəqil hərəkət edin. Yardımçılar və müttəfiqlər olmadan davrana bilərsiniz. Müsbət təmayüllərin təsiri güclüdür. Romantik münasibətlər və ailə təmaslarında həssas olun.
Yaxınlarınızla qarşılıqlı anlamşaya nail olmağa intuisiya yardım edəcək. Problemləri sakit müzakirə edərək münaqişələrin yaranmasına imkan verməyin.Gün ərzində nikbin və soyuqqanlı olun.
Mənbə: Milli.Az
1 noyabr 2013
GO BACK