Qadin.NET / 1 ayda 5 milyon Galaxy Note 3 satıldı

1 ayda 5 milyon Galaxy Note 3 satıldı

 

Samsung şirkəti Galaxy Note 3 smartfonunun çıxarılmasından ötən bir ayda 5 milyon smartfon satıb. Ubergizmo yazır ki, bu barədə sözügedən brendin direktoru Cey Key Şin Koreya mətbuatına deyib.Nəşr xatırladıb ki, Galaxy Note-un birinci modeli bu göstəriciyə yalnız beş ay sonra nail olub və Galaxy Note 2-nin satış həcmi çıxarılmasından iki ay sonra 5 milyon olub.Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Galaxy Note 3-ün maya dəyəri təxminən 240 dollar təşkil edir. Bu, Galaxy Note 2-nin müvafiq göstəricisindən 20 dollar çoxdur. Bu, Galaxy Note 3-ün daha sürətli prosessor və yüksək keyfiyyətli ekranla təchiz edilməsi ilə izah edilir.

Mənbə: Milli.Az
1 noyabr 2013
GO BACK