Facebook sosial şəbəkəsinin nümayəndələri deyib ki, resursun gənc auditoriyası ondan şirkətin görmək istədiyi kimi bir o qədər aktiv istifadə etmir, həmçinin istifadəçi postlarında reklam məhdudiyyəti üzrə plan haqqında məlumat verməyib. Şirkətin maliyyə direktoru Devid Ebersman deyib ki, Facebook-un reklam proqramları çox vaxt düzəliş tələb edir və şirkət onun iş fəaliyyətinə dəyişlik edir.Bununla belə, şirkətin rüblük hesabatı analitiklərin proqnozlarından yuxarı olub ki, bu da səhmlərin 18% artmasına səbəb olub. Artım mobil reklam məhsullarının irəliləyişi və reklam gəlirinin artması fonunda mümkün olub. Ebersman deyir ki, mobil həllərin populyarlaşması ilə yanaşı ortastatistik istifadəçinin gündəlik Facebook-da keçirdiyi vaxtın miqdarı azalır. Bundan başqa, o ilk dəfə etiraf edib ki, heç də şirkətin bütün reklam proqramları uğurlu olmayıb və onlardan bəzilərinin tətbiqi istifadəçi aktivliyinin azalması ilə nəticələnib.Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Facebookun səhmlərinin qiyməti 49,01 dollar təşkil edir ki, bu da ötən illə müqayisədə 84% daha çoxdur.Facebookun xalis mənfəəti 425 milyon dollar və ya 1 səhm üçün 17 sent təşkil edib.Son məlumatlara əsasən, Facebookun auditoriyası hazırda 1,19 milyard insan təşkil edir. Mobil istifadəçilərin sayı 6,7% artaraq 874 milyon olub.
Mənbə: Milli.Az