Ötən həftə Apple şirkəti tərəfindən təqdim edilmiş iPad Air planşetinin məhsuldarlığına dair ilk sınaqların nəticələri dərc edilib. Geekbench bençmarkı ilə əldə edilmiş məlumatlara əsasən yeni iPad planşeti sələfindən (dördüncü nəsil iPad planşeti) təxminən iki dəfə daha məhsuldardır.Milli.Az ICTnews-a istinadən bildirir ki, iPad Air planşeti 1.4 QHs takt tezlikli 64 bit A7 prosessoru ilə təchiz edilib. PhoneArena yazır ki, iPhone 5s smartfonunda müvafiq çip quraşdırılıb, lakin onun takt tezliyi 100 MHs aşağıdır.
Mənbə: Milli.Az