Qadin.NET / Google+-dan nə qədər adam istifadə edir?

Google+-dan nə qədər adam istifadə edir?

The Next Web nəşri yazır ki, Google+ sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ay ərzində 540 milyona qədər artıb. Bu barədə San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında Google korporasiyasının vitse-prezidenti Vika Qundotra deyib. Milli.Az ICTnews-a istinadən bildirir ki, korporasiyanın top-menecerinin sözlərinə görə, Google+ sosial şəbəkəsinə həftəlik 1,5 milyard fotoşəkil yüklənir. Nəşr yazır ki, Google sosial şəbəkəsinin istifadəçi bazası sayına görə əvvəlki kimi Facebook şəbəkəsinə uduzur. Qeyd edək ki, sonuncunun auditoriyası 1.15 milyard istifadəçi təşkil edir. Lakin Google+ şəbəkəsi istifadəçi sayına görə Twitter mikrobloqlar xidmətini üstələyib.
Mənbə: Milli.Az
31 oktyabr 2013
GO BACK