Qadin.NET / İran qocalır

İran qocalır

Bir ölkədə gənc insanların olması həmin ölkə üçün əhəmiyyətli və həlledici amildir. Hazırda əhalinin yaşlanması prosesindən inkişaf etmiş ölkələr bir çox problemlərlə üzləşiblər. İranda bu prosesin qarşısını almaq üçün əsasli, elmi və ciddi işlər görmək lazımdır. Bunu İranın ali lideri Ayətullah Əli Xamneyi bu gün Qum şəhərində keçirilən "Demoqrafik dəyişikliklər və onun cəmiyyətin transformasiyasında rolu" adlı konfransa ünvanladığı müraciətində səsləndirib.Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "iribnews" xəbər verir.Ayətullah Xamneyi hazırda İranda əhalinin yaşlanma prosesinin getdiyini və bunun qarşısının alınmasının zəruriliyini vurğulayıb: "Düşünürəm ki, bizim alimlərimiz bu problemin həlli yolunu tapa bilərlər. Lazımdır ki, ailələr arasında azuşaqlılığa meylliliyin səbəbləri tapılsın. Evlənmə yaşının gecikməsinin səbəbləri araşdırılsın. Gənclər arasında erkən evlilik üçün lazım olan ev, iş və gəlir mənbəyi kimi problemlər öz həllini tapsın".Bundan öncə, İranın Səhiyyə Nazirliyi ölkə əhalisinin yaşlanma təhlükəsinin olduğunu bəyan edib. Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, dünya əhalisi getdikcə qocalır və belə vəziyyət İran daxil olmaqla, bütün ölkələrdə müşahidə edilir. Hazırda İranın 75 milyon nəfərdən çox əhalisi var ki, onların 7 milyon nəfəri qocalardır. İran KİV-in məlumatına görə, vəziyyət belə davam edərsə, 2025-ci ildə İranda əhalinin 15,5 milyon nəfərindən çoxu qoca olacaq

 

Mənbə: Milli.Az

31 oktyabr 2013
GO BACK