Azərbaycanda çox populyar olan və gənclərin tez-tez istifadə etdiyi WhatsApp-dan saxta bildirişlər, zərərverici proqram təminatının yayıldığı ortaya çıxıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi informasiya yayıb.Mərkəz bildirir ki, sözügedən virus hədsiz təhlükəli sayılmır. Səbəb isə onun antivirus proqramlar tərəfindən yüksəksəviyyəli aşkar olunmasıdır: WhatsApp ən məşhur məktublaşma tətbiqetməsidir. Bununla əlaqədar onun istifadəçi bazası 300 milyon insandan çoxdur. Bu isə öz növbəsində onun ən yaxşı spam yayma olduğunu bildirir. Misal olaraq antivirus şirkəti Webrootun bildirdiklərinə görə, hazırda zərərverici şirkət fəaliyyət göstərir ki, onların vasitəsilə istifadəçilər səsli poçta aid bildirişlər alırlar.İnformasiya təhlükəsizliyi mütəxəssisləri bildirirlər ki, saxta səsli məktubların tərkibində troyan var. O, açılan zaman isə C&C serverindən əlavə zərərverici proqramlar yüklənir.Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, mövcud təhlükə yüksəksəviyyəli deyil və böyük narahatlığa ehtiyac yoxdur: Webrootun yoxlamasının 48 skanerdən 31-i bu virusu troyan göstərir.
Mənbə: Milli.Az