Milli.Az anspress-ə istinadən 31 oktyabr tarixində baş vermiş mühüm hadisələrə nəzər salır.
Miladi: 31 oktyabr 2013
Hicri: 25 Zülhəccə 1434
İlin 304-cü günü
İlin sonuna 61 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.58
Günəş - 07.09
Zöhr - 12.28
Əsr - 15.41
Məğrib - 17.54
İşa - 19.12
1517 - Martin Lüter Vittenberq (Wittenberg) kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq protestanlığı elan etmişdir.
1876 - Hindistanda qasırğa 200 000 insanın həyatına son qoymuşdur.
1892 - rusiyalı şahmatçı, 1937-1946-cı illər arası şahmat üzrə dünya çempionu Aleksandr Alyoxin anadan olub.
1892 - Artur Konan Doyl “Şerlok Holmsun macəraları” əsərini çap etdirmişdir.
1917 - Bakıda Müsavatın 26 oktyabrda başlanan qurultayı başa çatmışdır.1922 - Benito Mussolini İtaliyanın baş naziri seçilmişdir.
1930 - Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalı nəşrə başlayıb.
1949 - SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib.
1952 - Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirmişdir.
1953 - Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.
1954 - Əlcəzairdə müstəqillik uğrunda mübarizə başlanmışdır.
1956 - Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlamışlar.
1961 - Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilmişdir.
1963 - Bəstəkar Nadir Əzimov anadan olub.
1974 - Naxçıvan hava limanının təməli qoyulub.
1984 - İndira Qandi öldürülmüşdür.
1989 - Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilmişdir.
1992 - TÜRKSOY təsis edilmişdir.
1992 - Vatikan Qalileo Qalileyyə bəraət vermişdir.
1996 - Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunmuşdur.
2006 - Gəncə Beynəlxalq Hava limanı əsaslı təmirdən sonra prezident İlham Əliyevin iştirakı ilə açılmışdır.
Mənbə: Milli.Az