Qadin.NET / Dünyanın ən "gur" doğum evi: fasiləsiz doğuşlar

Dünyanın ən "gur" doğum evi: fasiləsiz doğuşlar

 

Dünyanın ən "gur" doğum evi: fasiləsiz doğuşlar

"Buranı dünyanın ən gur, bəlkə də ən məhsuldar doğum evi saymaq olar. Burada doğuşlar faktiki olaraq fasiləsizdir. Konkret danışsaq, gündə 100 uşaq doğulur". Filippinin paytaxtı Maniladakı Dr Jose Fabella Memorial Hospital-ın baş həkimi belə deyir.

 

Manilanın yoxsullar yaşayan, gecəqondular məhəlləsi olan Tondoda yerləşən xəstəxana illərdən bəri doğum evi funksiyasını yerinə yetirir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, burada hər gün yüzlərlə qadın doğur və onların sayı sürəkli artır. Baş mamaça Hanna Prebusun dediyinə görə, indiyədək 200 min qadının doğuşunu qəbul edib. Fəqət, xəstəxanada çox darısqallıq olduğundan hamilə xanımlarla övladını dünyaya gətirmiş qadınların hamısına yer tapılmır. Bir çarpayıda iki-üç, bəzən beş nəfər yatır. "1986-cı ildən burada çalışıram. Saymamışam, amma məncə, ən azı 200 min qadının doğuşunu qəbul etmişəm. Xəstəxanamızın genişləndirilməyə, pasiyentlər üçün daha yaxşı, yəni normal şəraitin yaradılmasına ehtiyac var", - baş mamaça Hanna Prebus söyləyib.
Mənbə: Milli.Az
31 oktyabr 2013
GO BACK