Qadin.NET / Bu məkanda insan 1000 il yaşaya bilər

Bu məkanda insan 1000 il yaşaya bilər

 

Bu məkanda insan 1000 il yaşaya bilər

ABŞ-ın Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Kepler orbital teleskopu Durna və Lira ulduz topalarının qovşağında Yerin "əkiz"ini aşkarlayıb. Yeni ekzoplanet ölçü, çəki və sıxlıq baxımından sanki Yerin təkrarıdır. Milli.Az Nature-a istinadən bildirir ki, əsas məqsədi ekzoplanetlər axtarışı olan Kepler orbital teleskopu kosmik fəzaya 2009-cu ilin mayında buraxılıb. Bu ilin mayında teleskopun fəaliyyətində problemlər yarandığından NASA onu geri qaytarmaq fikrindən vaz keçmişdi. Fəqət Kepler orbitdə olduğu zamanda o qədər çox məlumat toplayıb ki, həmin informasiyaların yerbəyer olunaraq təhlil edilməsinə illərlə vaxt gərəkdir. Yeni tapılmış ekzoplanetə "Kepler-78b" adı verilib. Havaydakı Honolulu və İsveçrədəki Cenevrə universitetlərinin alimləri isə bildiriblər ki, Kepler-78b planetinin çəkisi yerdən 1,8 dəfə, radiusu isə 1,2 dəfə böyükdür. Yeni ekzoplanetin sıxlığı 1 kub santimetrə 5,3 qram olduğundan Yerdən praktiki olaraq fərqlənmir. Kepler-78b-də insanlar yaşasaydı, orta ömür sürəyi ən azı 1000 il olardı. Çünki planet ulduzu ətrafında 9 günə tam dövr vurduğundan, bu ekzoplanetdə 1 il cəmi 9 günə bərabərdir.Amma elə həmin "mikroil" sayəsində ekzoplanetin səthində temperatur +1100 ilə +2700 dərəcə arasındadır. Honolulu Universitetinin professoru Endryu Hovardın başçılıq etdiyi qrupun hesablamalarını Cenevrə Universitetinin professoru Françesko Pepenin başçılıq etdiyi astronomlar qrupu təsdiqləyib. Onlar HARPS qurğusu vasitəsilə ekzoplanetin titrəyən spektrini ölçüblər.

 

Mənbə: Milli.Az
31 oktyabr 2013
GO BACK