İtaliyanın paytaxtı Romada dünyanın ən məşhur, bahalı zinət əşyaları kolleksiyasından birinin nümayişindən ibarət sərgi açılıb.Sərgidə Neapol şəhərinin hamisi Müqəddəs Cennaro ilə bağlı əşyalar göstərilir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Müqəddəs Cennaronun kolleksiyası qiymətinə və dəyərinə görə Britaniya taxt-tacının zinət əşyaları, habelə Rusiya çarlarının bəzəkləri ilə rəqabət aparır.70 əşyadan ibarət kolleksiya Romadakı sərgiyə təpədən-dırnağa qədər silahlanmış polislərin mühafizəsi ilə aparılıb.Kolleksiyanın əsas əşyaları yepiskop mitrası (papağı), Avropanın müxtəlif hökmdarlarının çeşidli zamanlarda Neapoldakı Müqəddəs Cennaro Kilsəsinə hədiyyə verdikləri elementlərdən ibarət böyük boyunbağıdır.Kilsənin sərvəti əsrlər boyu toplanıb. 70 əşyadan ibarət kolleksiyadakı əşyalar, heykəllər və heykəlciklər, daş-qaş müxtəlif zamanlarda Müqəddəs Cennaroya nəzir verilib.Kolleksiya tədricən nəhəng həcmə çatıb. O, həmişə gözdən-könüldən uzaqda, Müqəddəs Cennaro kilsəsinin kapellasında saxlanılıb.3-cü əsrdə Neapolun yepiskopu olmuş Müqəddəs Cennaro dəhşətli işgəncələrdən sonra edam olunmuşdu.16-cı əsrdə Neapol xəstəliklər, savaşlar, Vezuvi vulkanının püskürməsi kimi bəlalarla üzləşəndə şəhər sakinləri Müqəddəs Cennaronun şərəfinə kilsə tikəcəklərini, onun hamiliyinin müqabilində həmin kilsədə nəzir-niyaz yığacaqlarını vəd etmişdilər.
Mənbə: Milli.Az