Qadin.NET / Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü

Qadınların arıqlamaq üçün ən ideal yaş dövrü

 

 

Publika.Az Türkiyə mətbuatına istinadən bildirir ki, çəki atmaq üçün ən ideal yaş dövrü 28-dir. 40 yaşından sonra qadınlar ağır pəhriz saxlamaqla səhhətlərinə ciddi ziyan verirlər. Qadınlar arasında sorğu keçirilib. Onların 64 faizi çəki azaltmaq üçün hər yaş dövrünün məqbul olduğunu söyləyib. Yerdə qalan faizi isə bunun iradə ilə bağlı olduğunu deyib. Mütəxəssislər isə arıqlamaq üçün ən ideal yaş dövrünün 28 olduğunu deyir. Çünki 28 yaşında qadınlar hələ özlərini çox gümrah hiss edirlər. Həmin yaşda vücudda maddələr mübadiləsinin sürəti aşağı düşmür. Bu səbəbdən də həkimlər həmin yaşı arıqlamaq üçün münasib bilirlər.
Mənbə: Milli.Az
31 oktyabr 2013
GO BACK