Qadin.NET / 82 dollarlıq güclü smartfon satılır

82 dollarlıq güclü smartfon satılır

 

 

Çində tezliklə ucuz G2F smartfonunun satışlarına başlanılacaq. 82 dollara satılmasına baxmayaraq, cihaz 4,3 düymlük ekrana (720p), 8 meqapiksellik kamera, 1.3 QHs takt tezlikli dördnüvəli prosessor və 1 QB əməli yaddaşla təchiz olunub.Milli.Az ICTnews-a istinadən bildirir ki, fləş-daşıyıcının həcmi 4 QB təşkil edir, lakin aparata microSD kartı qoşmaqla onu artırmaq olar. G2F smartfonu, həmçinin ön paneldə 2 meqapiksellik kamera və 2200 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.Smartfonun qiyməti 82 dollardır.
Mənbə: Milli.Az
30 oktyabr 2013
GO BACK