Qadin.NET / Stiv Cobsun evi ziyarət məkanına çevrilir

Stiv Cobsun evi ziyarət məkanına çevrilir

 

Apple şirkətinin banisi Stiv Cobsun gənclik dövrünü keçirdiyi ABŞ-ın Kaliforniya ştatının Los-Altos şəhərində yerləşən əfsanəvi evi qorunan tarixi görməli yerlər siyahısına daxil edilib. Belə ki, çərşənbə axşamı Şəhər Tarixi Komissiyası tünd-qəhvəyi kirəmit damlı birmərtəbəli ağ evə yeni statusun verilməsinə yekdilliklə səs verib.Milli.Az ICTnews-a istinadən bildirir ki, şəhər hakimiyyəti ümid edir ki, Los-Altos Apple məhsulları həvəskarları üçün tezliklə turizm mərkəzinə çevriləcək.Hazırda birmərtəbəli evin sahibi S.Cobsun bacısı Patrisiya Cobsdur. Binaya tarixi statusun verilməsi üçün səsvermə onun yazılı icazəsi olmadan keçirilib, bu səbəbdən Apple yaradıcısının qohumu 10 gün ərzində qərardan şikayət verə bilər.Krist-drayv küçəsində 1952-ci ildə tikilən evə ailə S.Cobs 7-ci sinifdə oxuyanda köçüb. Məhz bu evin qarajında S.Cobs və onun dostu Stiv Voznyak ilk 50 ədəd Apple 1 kompüter modelini hazırlayaraq yığıblar. Gənclər, demək olar, vaxtlarını həmişə burada keçiriblər.

 

 

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK