Qadin.NET / Dünyanın ən böyük limanı

Dünyanın ən böyük limanı

 

Çin indi ixracat sahəsində dünyada lider mövqe tutub. "Səmaaltı imperiya"da istehsal olunan mal və məhsullar isə ölkədəki dəniz limanları vasitəsilə gəmilərə vurulur, daşınır. Yükdaşımalarda konteynerlərə xüsusi önəm verilirÇindəki ən böyük konteyner limanı Şanxaydadır. Sahəsi və illik yük dövriyyəsinə görə də bu liman dünyanın ən böyük konteyner limanı sayılır.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Şanxay konteyner limanının sahəsi 470 futbol meydanı boydadır. Bu limanda ildə orta hesabla 31,7 milyon konteyner gəmilərə vurulur, gəmilərdən boşaldılır.Çin ixracat sahəsində hazırda dünya lideridir. Ölkənin ixrac və idxalatının ümumi həcmi 4,8 trilyon dolları keçib.Düynanın ən böyük konteyner limanları: 1. Şanxay (Çin) - ildə 31,7 milyon konteyner; 2. Sinqapur - 29,9; 3. Honkonq (Çin) - 24,3; 4. Şençjen (Çin) - 22,5; 5. Pusan (Cənubi Koreya) - 16,1; 6. Ninqbo-Çjouşan (Çin) - 14,7; 7. Quançjou (Çin) - 14.2; 8.Qinqdao (Çin) - 13; 9. Dubay (BƏƏ) - 13; 10. Rotterdam (Hollandiya) - 11,8

 

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK