Bakı Dövlət Universitetinin rektoru, akademik Abel MəhərrəmovXorvatiyanın Zaqreb Universitetinin rektoru Aleksa Byeliş ilə görüşüb.BDU-nun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aleksa Byeliş BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qarşılıqlı maraq doğuran görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb. Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.
Mənbə: Milli.Az