Qadin.NET / Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar

Nobel mükafatçıları BDU-da mühazirə oxuyublar

 

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib.Universitetdən Trend-ə verilən məlumata görə, daha sonra Nobel mükafatı laureatları fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.

 

 

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK