Avropa qitəsində ilk dəfə olaraq hett izləri tapılıb. Arxeoloq alimlərin fikrincə, İstanbulda aparılmış arxeoloji qazma işlərinin nəticəsi dünya arxeologiyasında əsrin kəşfi sayıla bilər.Milli.Az Radikal-a istinadən bildirir ki, İstanbulun Küçükçekmece səmtindəki Gölü səmtində yerləşən Bathonea antik qazıntılar məkanında tapılan qalıqlar erkən hett dönəminə aiddir.Türkiyənin mədəniyyət və turizm naziri Ömer Çelikin dediyinə görə, tapıntılar İstanbul tarixinin indiyədək tarix elminə qaranlıq qalan məqamlarını aşkarlayır.Professor Şengül Aydıngün bildirib ki, Mesopotamiya dövrünə aid olan bu qalıqlar eramızdan əvvəlki 17-15-ci əsrlərə aiddir. Bundan başqa, qazıntı işləri zamanı Mesopotamiyada hazırlanmış, eramızdan 2 min il əvvələ aid qalay, btium və çini parçaları tapılıb.Bütün bu qalıqlar hurrilərin, yəni hettlərin izləri sayılır. Həmin qalıqlar tanrı və tanrıcıqların kiçik heykəlcikləridir. Heykəlciklərin boyu 5,4 sm, ağırlığı 14 qramdır.
Mənbə: Milli.Az