Qadin.NET / Xəstəxanalarda qeysər kəsiyi əməliyyatının aparılması mexanizmi müəyyənləşdiriləcək

Xəstəxanalarda qeysər kəsiyi əməliyyatının aparılması mexanizmi müəyyənləşdiriləcək

 

Qeysər kəsiyi əməliyyatının aparılması ilə bağlı müvafiq sənədlər Ədliyyə Nazirliyində təsdiq edildikdən sonra xəstəxanalarda onun həyata keçirilmə mexanizmi müəyyənləşəcək. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriAnar Qədirli jurnalistlərə bildirib ki, qeysər kəsiyinin aparılması ilə bağlı klinik protokollar var. Bu əməliyyat, o cümlədən bütün xəstəliklər klinik protokollar əsasında aparılır.Qeyd edək ki, Milli Məclis tərəfindən "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən yeni dəyişikliklərə əsasən, qeysər kəsiyi əməliyyatına dair tibbi göstərişlər müvafiq orqan tərəfindən müəyyən edilməlidir.A.Qədirli onu da əlavə edib ki, Səhiyyə Nazirliyinin ana, uşaq ölümü və cərrahi əməliyyatlarla bağlı komissiyaları tam obyektiv işləyirlər. Ana ölümünün əsas səbəbləri anaların özlərinin səhhətlərində yaranmış problemlər olur. Ana ölümü ilə bağlı həkim səhvlərinin olması hələ aşkarlanmayıb: "Ancaq hazırda son 3-4 ana ölümü ilə bağlı həm istintaq orqanları, həm də Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırmalar aparılır. Bu araşdırmalar hələ davam edir".Azərbaycanda bu il ərzində ana ölümü hallarının artmadığını deyən nazirlik rəsmisi qeyd edib ki, ölüm baş verən kimi onun səbəbi dərhal açıqlana bilməz. Çünki ölümdən sonra tibbi ekspertiza həyata keçirilir.A.Qədirli bildirib ki, həkimlərin sertifikasiyasının həyata keçirilməsi həkimlərin savadsızlığı probleminin bir qismini aradan qaldırdı: "Elə həkimlər var ki, Tibb Universitetinin 30 il əvvəl bitiriblər, ancaq ondan sonra bir kitab üzü də acmayıblar. Öz biliklərinə əsaslanaraq necə gəldi isləyiblər. Ancaq sertifikasiyanın başlanması bu problemi həll edir. Bunun nəticəsidir ki, 2012-ci ildə Səhiyyə Nazirliyinin Tibbi Kitabxanasında kitab tapmaq olmurdu".

 

 

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK