Milli.Az EL TV-yə istinadən xəbər verir ki, ASAN səyyar xidmətinin bütün zəruri texnoloji avadanlıqlarla təchiz edilən xüsusi avtobusu Ucar rayonunda Ucar və Zərdab sakinlərinə xidmət göstərir.Vətəndaşlara notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumi vətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi kimi xidmətlər göstərilir. ASAN xidmət şəbəkəsi Ucar və Zərdab sakinlərinə noyabrın 6-dək xidmət göstərəcək.
Mənbə: Milli.Az