Qadin.NET / Gürcüstanın yeganə qadın generalına vəzifə veriləcək?

Gürcüstanın yeganə qadın generalına vəzifə veriləcək?

 

Gürcüstanın Milli Təhlükəsizlik Şurasına "Gürcü arzusu" partiyasının liderlərindən biri - parlamentin komitə sədri İrina İmerlişvili rəhbərlik edə bilər.Trend-in məlumatına görə, bu barədə parlament çoxluğunun lideri David Saqanelidze bildirib. O İmerlişvilinin bu vəzifəyə layiqli namizəd olduğunu vurğulayıb: "İrina çox gözəl insandır, peşəkardır və yeganə qadın generaldır. Məndən asılı nə olsa, mən onun Təhlükəsizlik Şurası katibinə namizədliyini dəstəkləyəcəyəm".

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK