Qadin.NET / 5-dən çox uşağı olan ailələrə müavinət veriləcək

5-dən çox uşağı olan ailələrə müavinət veriləcək

 

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Azərbaycanda ümumilikdə 45 minə yaxın bu cür çoxuşaqlı ailənin olduğu bildirilir. Bu ailələrdən biri də Lənkəranın Sinovli kəndində yaşıyır. 32 yaşlı Samirə Mehrəliyeva 7 uşaq anasıdır. Həyat yoldaşı fəhlə işləyən Samirə xanımın ailəsi maddi ehtiyacını dövlət tərəfindən onlara ayrılan 153 manat ünvanlı sosial yardımla ödəyir. Elə imkansızlıq ucbatından uşaqlar hamısı eyni vaxtda məktəbə gedə bilmirlər. Samirə xanım ölkə başçısının Milli Məclisə göndərdiyi təklifə görə öz minnətdarlığını bildirir. Bu vəsaitlə bütün uşaqları oxutdura biləcəklərini deyir.İndi ailəni düşündürən əsas məsələ qəbul olunan qərardan sonra onlara düşən müavinətdən səmərəli istifadə edərək, övladlarını oxutdurmaqdır.Qeyd edək ki, qəbul edilən əlavə və dəyişikliklərə görə, 5-dən çox uşağı olan ailələrə ödənəcək müavinətlər gələn ilin əvvəlindən veriləcək.Dəyişikliklərdə bu qəbildən olan ailələrə hər uşağa görə 30-50 manat arası müavinətin verilməsi nəzərdə tutulub. Bu da təbii ki, aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılmasında böyük kömək olacaq.

Mənbə: Milli.Az

30 oktyabr 2013
GO BACK