Böyük Britaniya kraliçası 2-ci Yelizaveta dünən Londondakı "Ebony Horse Club" atçılıq klubuna baş çəkib.Bukinhem sarayını tərk edəndən sonra ənənəvi marşrutla hərəkət etməyən kraliçanın maşın karvanı Londonun Brikston səmtindən keçib.Məhəllə sakinləri maşın karvanını heyrətlə və təəccüblə seyr ediblər. Onların bəziləri isə "A-a, baxın, kraliçadır gedən!" qışqırıblar.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Ebony Horse Club"da yoxsul, kimsəsiz uşaqlara, habelə atasız-anasız balacalara at sürmək öyrədilir.Klubda kraliçanı onun gəlini, şahzadə Çarlzın xanımı, Kornuoll hersoginyasıKamilla gözləyirdi.Kamilla 2009-cu ildən bəri klubun prezidentidir. 87 yaşlı kraliça 2-ci Yelizaveta təki, hersoginya Kamilla da atları çox sevir.Londonun cənubundakı məhəllələrdən keçərkən kraliça onu qarşılayan və sevinclərindən gülərək qışqıran təbəələrini salamlayıb, gülümsəyib.Klubda atlara baş çəkən kraliça 2-ci Yelizaveta deyib: "Atları çox sevirəm. Onlar çox səmimi, mehriban, ağıllı məxluqlardır. Atlar da uşaqlar təkidir, çünki uşaq təki, atı da zorla nəyəsə vadar etmək olar".
Mənbə: Milli.Az