İki həftə əvvəl Britaniyanın “McLaren Automotive” şirkəti F1 modelinin varisi olan superkar P1-in istehsalına başladı və bu gün ilk seriyalı avtomobil artıq müştərisinə çatdırıldı.Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin şəkilləri ilə yanaşı, həm də onun xarakteristikalarının siyahısı da açıqlandı. 375 ədəd buraxılacaq “McLaren P1” Böyük Britaniyada 866.000 funt sterlinq, Avropada 1000000 avro, ABŞ-da isə 1150000 dollar dəyərində qiymətləndirilir.Bu yüksək qiymətə baxmayaraq, demək olar ki, bütün avtomobillər öz sahiblərini tapıb. 3.8-litrlik tvin-turbo V8 mühərriki və elektrik mühərriki ilə təchiz olunmuş 916-güclü superkar 100 km/saata 2.8 saniyə, 200 km/saata 6.8 saniyə, 300 km/saata isə 16.5 saniyə vaxt sərf edir.Avtomobil 402 metr məsafəni 245 km/saat sürətdə 9.8 saniyəyə qət edir. Onun maksimal sürəti isə 350 km/saatda məhdudlaşır. Qarışıq şəraitdə 100 km məsafəyə 8.3 litr yanacaq sərf edilir və bu zaman CO2 tullantısı 194 q/km-dir.100 km/saat sürətlə hərəkət zamanı avtomobilə tam dayanmaq üçün 2.9 saniyə vaxt və 30 metr məsafə lazımdır.