Qadin.NET / Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib

Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib

 

Azərbaycan dilində yeni klaviatura düzülüşü "Windows 8.1"-ə inteqrasiya edilib
Azərbaycan dilində olan yeni klaviatura düzülüşü "Windows" Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib. "Microsoft Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub. Öz növbəsində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşü "Microsoft Azerbaijan" şirkəti tərəfindən "Windows 8.1" Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifadəçilər istəklərinə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzülüşündən yararlana bilərlər. Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadə zamanı daha rahatdır. Əvvəlkindən fərqli olaraq, yeni düzülüşdə Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

Mənbə: Trend.Az

29 oktyabr 2013
GO BACK