Qadin.NET / Noyabrın 1-də şokoladlı Android göstəriləcək

Noyabrın 1-də şokoladlı Android göstəriləcək

 

Noyabrın 1-də Google şirkəti Nexus 5 smartfonunu və yeni KitKat kod adlı Android 4.4 əməliyyat sistemini təqdim edəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, Nexus 5 rəsmi buraxılış tarixi bildirilməsə də, onun haqqında, demək olar ki, hər şey məlumdur. Oktyabrın əvvəlində şəbəkəyə qurğunun təmiri üzrə daxili təlimat düşüb və bu təlimat quqlofonun texniki xüsusiyyətləri haqda məlumatları açıqlayıb. Bir neçə həftə öncə isə Google şirkəti səhvən Google Play internet dükanında onun şəklini və qiymətini yerləşdirib.Məlum olub ki, Nexus 5 ağ korpusla təchiz ediləcək və onu LG şirkəti istehsal edəcək.Ehtimal edilir ki, aparat 4,95 düymlük 1080 piksel ölçüdə ekrana, 4 nüvəli Snapdragon 800 (2,3 hiqahers takt tezlikli) prosessora, 2 GB əməliyyat yaddaşına malik olacaq, LTE-şəbəkələri dəstəkləyəcək, 8 meqapikselli kamera ilə təchiz ediləcək.O, eyni zamanda, Qi standartı üzrə simsiz enerjidoldurma funksiyasını dəstəkləyəcək.
Mənbə: Milli.Az
29 oktyabr 2013
GO BACK