Türkiyənin şərq və Avropa hissələrini birləşdirən "Mərmərə" dəmiryol tuneli çərşənbə axşamı istifadəyə verilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən xəbər yayıb.Tunelin rəsmi açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan, Türkiyə Prezidenti Abdullah Gül, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Yaponiyanın Baş naziri Sindzo Abe, o cümlədən Əfqanıstan, Gürcüstan, Bolqarıstan və Rumıniya hökumətlərinin nümayəndələri iştirak ediblər. Məlumata görə, tunelin uzunluğu 13,6 kilometrdir. Qatarlar iki dəqiqədən bir intervalla hərəkət edəcəklər. Hər iki istiqamət üzrə daşınacaq sərnişinlərin ümumi sayı gün ərzində təxminən 1,2 milyon nəfər olacaq. Məlumatda habelə bildirilir ki, bu layihə eyni zamanda bir tunel vasitəsilə həm sərnişinlərin, həm də yüklərin daşına biləcəyi yeganə layihədir.Tunelin istifadəyə verilməsindən sonra İstanbulda dəmiryol daşımaları 20 faiz artaraq ümumi daşımaların həcminin 28 faizini təşkil edəcək.Tikintiyə 2004-cü ildən başlanılmışdır.Dəmiryol tunelindən 15 gün ərzində pulsuz istifadə etmək mümkün olacaq.
Mənbə: Trend.Az