Qadin.NET / Çay da Google-a düşdü

Çay da Google-a düşdü

 

 

Temza çayı ilk dəfə olaraq Google Street View kartoqrafiya xidmətinə salınıb. Panorama görünüşü London limanının idarəçiliyinə məxsus Yantlet gəmisinin bortunda quraşdırılmış Trekker kamerasının köməyi ilə çəkilib.Milli.Az ICTnews-a istinadən bildirir ki, Temza çayı Britaniya və Avropanın Google Street View texnologiyasının köməyi ilə şəkli çəkilmiş ilk çayı kimi tarixə düşüb.Google UK-dan coğrafi məkan texnoloqu Ed Parsonsun sözlərinə görə, Temza çayından Londonun ən mənzərəli yerlərini seyr etmək mümkündür. Hazırda bütün dünya istifadəçiləri Britaniyanın məşhur çayını Google Street View kartoqrafiya xidmətində görə biləcəklər.
Mənbə: Milli.Az
29 oktyabr 2013
GO BACK