İndoneziyanın paytaxtı Cakartada dünyanın ən qəribə və ekstravaqant massaj salonu fəaliyyət göstərir.Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Bali Heritage Reflexology and Spa"da müştərilərə ilanlarla masaj təklif olunur.
Bu salonun ekspertlərinin dediklərinə görə, piton ilanları vasitəsilə masaj zamanı müştərinin bədənində qorxu nəticəsində adrenalinin miqdarı artır və bu, ümumi əhval-ruhiyyəyə müsbət təsir edir.
Masajın 1 seansı 45 dollardır.
Mənbə: Milli.Az