ABŞ proqramçısı Ceff Par Windows 1.01 əməliyyat sisteminin (ƏS) brauzer emulyatorunu təqdim edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, emulyator javascript dilində yazılıb. Proqramı maus və klaviaturanın köməyi ilə idarə etmək olar.
Emulyator pəncərəsinin alt hissəsində Ctrl+Alt+Del, Esc, F10 və başqa düymələr yerləşib. Emulyator, həmçinin istifadəçiyə A və B diskdaxiledicilərinə disketlər daxil etməyə icazə verir.
Windows 1.01 ƏS-i 1985-ci ilin noyabrında işıq üzü görüb və MS-DOS üzərindən işləyib, hərçənd ki videokart, maus, klaviatura və başqa qurğular üçün öz drayverlərinə malik olub. 1987-ci ildə Windows 2.0 əməliyyat sistemi çıxarılıb.
Mənbə: Milli.Az