Azərbaycanın cənub bölgələri istiqamətində yeni avtomobil yolu salınır. Belə ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Salyan rayonunda 23,4 km uzunluğunda yol çəkir.Birinci kateqoriyaya aid olan bu yol 2 gediş və 2 gəliş zolağı olmaqla 4 cərgəli olacaq. Bu barədə APA-ya şirkətin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva məlumat verib.Onun sözlərinə görə, yolda əsas tikinti işləri ilə yanaşı, 102 ədəd ötürücü qurğuların quraşdırılması da nəzərdə tutulub.Qeyd edək ki, Dünya Bankının maliyyə vəsaitləri hesabına çəkilən bu yolun sifarişçisi qismində Nəqliyyat Nazirliyi çıxış edir.
Mənbə: Milli.Az