Atom sualtı qayıqları Çinin ən qapalı və məxfi hərbi proqramlarından biridir. 42 ildən bəri sualtı qayıqları barədə məlumatları dövlət sirri kimi qoruyan "Səmaaltı imperiya" tarixində ilk dəfə olaraq tabunu pozub.Milli.Az AsiaOne-a istinadən bildirir ki, rəsmi Pekin ölkənin Hərbi-Dəniz Qüvvələrinin tərkibindəki atom sualtı qayıqlarla bağlı ilk fotosessiyanı yayıb.Ekspertlərin fikrincə, 42 ildən sonra Pekinin belə addım atması Çinin öz qüvvələrinə güvənməsinin nişanəsidir.Fotolarda Çinin şərqindəki Şandun vilayətində, Sindaonun sahillərində atom sualtı qayıqları əks olunub
Mənbə: Milli.Az