Qadin.NET / Gec evlənən kişilər bu yazını mütləq oxusunlar

Gec evlənən kişilər bu yazını mütləq oxusunlar

 

Gec evlənən kişilər bu yazını mütləq oxusunlar


ABŞ-da fəaliyyət göstərən türk əsilli Dr.Süleyman Gülsüner və Dr.Mary-Claire Kingin 3 illik fəaliyyəti nəticəsində şizofreniya xəstəliyinə səbəb olan 54 yeni gen kəşf edilib. Elm dünyasında beyindən qaynaqlanan xəstəliklərin sirrinin tapılması yolunda böyük həyəcan yaradan həkimlərin tapdığı üsullar, autizm və əqli zəiflik kimi xəstəliklərin müalicəsində istifadə olunacaq. Araşdırma nəticəsində bəlli olub ki, gen mutasiyaları xüsusilə kişinin gec yaşda evlənməsi vəziyyətlərdə sperma hüceyrələrində ortaya çıxır ki, bu da yuxarıda qeyd edildiyi kimi autizm və aqli zəiflik kimi xəstəliklərin birbaşa səbəblərindəndir.399 ADAMIN BÜTÜN GENLƏRİNİ ARAŞDIRDIQ Aparılan işlər zamanı sağlam ailələrdə dünyaya gələn şizofreniya xəstələrinin və ailə üzvlərinin genlərini araşdırdıqlarını deyən Dr.Gülsüner, 105 şizofreniya xəstəsi, 84 sağlam qardaş və ana-ataları olmaqla, ümumilikdə 399 nəfərin bütün genlərini öyrəndiklərini bildirib. Dr.Gülsüner işlərinin sonunda ana və atalarında olmamasına baxmayaraq, uşaqda ortaya çıxan 54 yeni mutasiya tapdıqlarını bildirir. Qeydə alınan gen mutasiyalarının xüsusilə atanın yaşının çox olduğu vəziyyətlərdə sperma hüceyrələrində ortaya çıxdığını vurğulayan Dr.Gülsüner həmçinin ilk dəfə mutasiya müəyyən olunan genlərin arasındakı əlaqələrin də araşdırmalarla ortaya çıxarıldığını söyləyib. Ana qarnındakı ilk həftələrdən etibarən 40 yaşına qədər fərqli sinir-inkişaf dövrləri məlumdur. Dr.Gülsüner yüzlərlə insan beynindən əldə olunan məlumatlardan faydalanaraq araşdırmalar apardıqlarını deyir və 54 müxtəlif genin beyində qarşılıqlı əlaqə içində işlədiyini bildirir.BEYNİN DƏ ŞİFRƏSİNİ TAPACAQLAR Doktor bildirir ki, mutasiyaya məruz qaldığı müəyyən olunan genlər arasında beyin inkişafı və sinir sistemində siqnal əlaqəsi yaradan çox əhəmiyyətli genlər var: "Müxtəlif xəstələrdə aşkarlanan bu genlərin ana qarınındakı inkişaf dövründə beyinin "prefrontal korteks" adı verilən hissəsində qarşılıqlı təsir və uyğunlaşma içində fəaliyyət göstərdiyi də ortaya çıxıb. Bu əlaqələrdə bir, ya da bir neçə genin pozulması bütün sistemin çökməsi ilə nəticələnir. Şizofreniya xəstələrində mutasiyaya məruz qalan genlərin birdən çox əlaqə şəbəkəsi yaratması klinik olaraq müxtəlif xüsusiyyətlərə malik xəstə qruplarında ortaya çıxır. Bu tapıntılar həm insan beyninin necə inkişaf etdiyini anlamağımıza, həm də klinik olaraq müxtəliflik göstərən şizofreniya xəstəliyini bioloji qruplara ayırmağımıza və hədəfə istiqamətli dərmanlar inkişaf etdirməyimizə imkan verəcək."

 

Mənbə: Fakt Xəbər

29 oktyabr 2013
GO BACK