Yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu tarixi romanlara təkcə ölkə daxilində deyil, eləcə də respublikadan kənarda diqqət artır. Milli.Az “Olaylar”-a istinadən xəbər verir ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Yunus Oğuzun "Əmir Teymur-dünyanın hakimi" və “Əmir Teymur-zirvəyə doğru” tarixi romanının 2 cildliyi bir kitab şəklində rus dilində nəşr edilib. Kitabın təqdimat mərasimi noyabrın 9-da Bişkekdəki Çingiz Aytmatov kitabxanasında baş tutacaq.Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, təqdimat mərasimində kitabın müəllifi Yunus Oğuz, Azərbaycandan gəlmiş bir qrup dövlət və media nümayəndələri, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan olan tanınmış simalar iştirak edəcəklər.Qeyd edək ki, əsərin Qırğızıstanda yüksək qarşılanmasını nəzərə alaraq kitab qırğız dilinə də tərcümə edilir. Kitabın tərcüməçisi tanınmış şair-tərcüməçi Mukan Asanaliyevdir. Romanın qırğızdilli oxucular üçün variantının nəşri 2014-cü ildə nəzərdə tutulub.
Mənbə: Milli.Az