Dənizkənarı milli parkda nəhəng attraksionun - "şeytan təkəri"nin montaj işləri başa çatıb. Milli.Az-ın məlumatına görə, bu barədə Day.Az saytına Nazirlər Kabineti yanında dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidovdeyib. Onun sözlərinə görə, hazırda havalandırma və elektrik sistemi quraşdırılıb. Attraksion ilin bütün aylarında fəaliyyət göstərəcək. İşlər müasir standartlara uyğun həyata keçirilir. "Şeytan təkəri"nin diametri 60 metrdir. Hər kabina 8 nəfər üçün nəzərdə tutulub. Attraksiondan eyni vaxtda 240 nəfər istifadə edə bilər. İlin sonuna qədər attraksionun istifadəyə verilməsi planlaşdırılır.