"Qəbələ" birinci pillədə qərarlaşıb. Hərçənd, çoxları deyirdilər ki, Yuri Syominin vaxtı keçib”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Yuri Syominin agenti Dmitri Selyuk deyib. Rusiya mətbuatına müsahibə verən tanınmış futbol meneceri Azərbaycan Premyer Liqasında üçüncü olan “Qəbələ”nin hazırda zirvədə qərarlaşması ilə bağlı səhvə yol verib. Selyuk Syominin Azərbaycanda da iddialı komanda yaratdığını bildirib: “Syomin çağırışı qəbul edib, 6-cı yerdən yuxarı qalxmayan komandanı götürdü. İndi mətbuatda onun “Qəbələ”yə tör-töküntü gətirməsi ilə bağlı sifarişli yazılara rast gəlirəm. Syomin komandasına 4 futbolçu aparıb. Onlardan da üçü mənimkilərdir. Özü də hamısı 21 yaşlı, motivasiyalı oyunçulardır. Bu da sizə nəticə. Syominin mahnısı hələ tam çalınmayıb, indi naqarətdir”.Selyuk belə bir mütəxəssisin Rusiyada çalışmalı olduğunu düşünür: “Rusiyada bəzən kimi gəldi dəvət etməklə, belə kadrları qaçırırlar. Muntyanunu Syominlə necə müqayisə etmək olar? Yuri Pavloviçsiz Kiyev “Dinamo”su Çempionlar Liqasına da düşə bilmir. Belə zəngin təcrübəli mütəxəssisdən vətənində yararlanmamaq günahdır. O, özü haqda hər şeyi çox gözəl bilir. Buna görə də başqa çempionata getməklə sübut edir ki, komandaya oyun sistemi aşılaya bilər. Necə deyərlər, tabloya baxın”.
Mənbə: Milli.Az