Qadin.NET / Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"

Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"

 

 

Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"

 

Bu şəxs dünyanın ən uzun bığına malikdir.Ram Sinqh Çauhanın bığının uzunluğu 4,26 metrdir.Bığına 1970-ci ildən bəri qayçı vurmadığını bildirən Çauhanın dediyinə görə, özünü bəxtəvər sayır.Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, 33 ildən bəri bığına toxunmayan Ram Sinqh "sərvət"ini qürurla nümayiş etdirir.Onun adı "dünyanın ən uzun bığlı adamı" kimi 2010-cu ildə Ginnesin Rekordlar Kitabına düşmüşdü.Həmin rekord indiyədək yenilənməyib.Hindistanın Racastan ştatındakı Caypur şəhərində yaşayan Çauhanın dediyinə görə, bığ onun ən qiymətli varidatıdır.Bu unikal və misilsiz bığa qulluq hər gün Çauhanın ən azı 2 saat vaxtını alır.Çauhan agent Ceyms Bonddan bəhs edən "Octopussy" filminə də çəkilib."Bığ uşaq kimidir. Gərək qayğısına qalasan, sevəsən, qulluğunda durasan. Bığımı bu uzunluğa çatlırmaq asan olmadı. 1970-ci ildən bəri bığıma qayçı vurmuram. Bığ qədimlərdə Hindistanda sərvət sayılardı, kişinin ləyaqəti və namusu olardı. Bığ qiymətsizdir. Mənim üçün hər şeydir. Mən racputam və xalqımızda, nəslimizdə bığ kişinin yaraşığı sayılır", - Ram Sinqh Çauhan deyib.Çauhan indiyədək iki dəfə Hollivud, 6 dəfə Bollivud filmlərinə çəkilib."Hər səhər yuxudan duranda bığımı qaydaya salıram. Kokos, zeytun və ya badam yağlarından istifadə edirəm. Şampun və ya sabuna əl vurmaram. Sonra bığımı darayıb səliqə ilə yığıram", - Çauhan deyib.Çauhanın xanımı Aşanın sözlərinə görə, ərinin ən uzun bığlı olması onu da sevindirir.

Mənbə: Milli.Az
29 oktyabr 2013
GO BACK