Rəssam Vüqar Əlinin Milli.Az-a müsahibəsi.
- Vüqar bəy, ilk sualım belə olacaq...
- Rəssamlığa necə gəlmişəm? (Gülür)
- Xeyr. Əsasən, müsahiblərimə ilk olaraq belə bir sualla müraciət edirəm: Özünüzü oxucuya necə təqdim edərdiniz?
- Rəssam kimi. Sadəcə, bir rəssam kimi. Oxucu iki mənadadır da. Birinci kitab oxucusu, digəri də adamı oxumaq. Abşeronda belə bir söz var ki: Mən onu oxudum.
- Siz Rəssamlıq Akademiyasını yox, İncəsənət Universitetinin Təsviri sənət fakültəsini bitirdiz...
- Mən Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına qatıldım. O zamanlar Rəssamlıq Akademiyası yox idi. Rəssamlıq məktəbini bitirəndən sonra çoxu Rusiyaya təhsilini davam etdirmək üçün gedirdi. Amma o zamankı siyasi məsələlərə görə mən getmədim, ordu sıralarına qatıldım. Orada da rəssam idim. Yəni əlimi soyutmadım. O dövrdə məktəbi bitirdikdən sonra instituta göndəriş birbaşa verilmirdi. Bu qanun cəmi iki il qüvvədə qaldı. Tərxis olundum, 2 il işlədim və sonra imtahan verdim, İncəsənət İnstitutuna daxil oldum.
- Atanız neftçi olsa da, siz rəssamlığı seçdiniz. Ailədə kiminsərəssamlığa marağı olub?
- Atam təkcə neftçi deyildi. O, 50-ci illərin romantikasından qaça bilmədi. Əksər cavanlar kimi o da neftçi oldu. Amma o, əslində rəssam idi, Qaqarin adına Mərkəzi pionerlər sarayında təsviri sənət dərnəyinin rəhbəri Məsmə xanım Ağayevanın ən istedadlı tələbəsi olub. Bununla yanaşı, şeir yazıb, ədəbiyyata böyük həvəsi olub, povestləri, hekayələri qəzetlərdə çap olunub. O dövrün bir çox filmlərində epizodik rollarda çəkilib, dublyajlarında iştirak edib. İdmana da marağı olub. Bir sözlə, çoxşaxəli insan olub. Hətta o, neftçi olmağı seçəndə müəlliməsi üçün bu addımı gözlənilməz olub, onun bütün ümidlərini sındırıb. Amma onun ümidləri tam qırılmadı, 30 ildən sonra mən o ümidləri doğrultdum. Sizə deyim onda olan fitri istedad, etdikləri incəlikləri mən edə bilmirəm.Babam isə xarrat olub, onun da qardaşı Bakıda ilk sədəflə işləyən zərgər olub. Yəni nəsildə sənətə, sənətkarlığa böyük maraq, həvəs olub. Bizlərdə tacir olmayıb. Ana tərəfən də babam ərəbi, farsı gözəl bilib. Yaxşı tar çalıb. Buzovnada o dövrdə kolxozun müsahibi işləməsinə baxmayaraq, Buzovna mədəniyyət klubunda bir çox tamaşaların hazırlanmasında iştirak edib. Bir sözlə, gendən gəlir...Mənim özümdə də təkcə rəssamlıqla məşğul olmamışam, teatrda da işləmişəm. Allaha şükür, iki dahi rejissorlarla işləmək mənə nəsib olub. Biri Hüseynağa Atakişiyev idi, digəri Rəhman Əlizadə.
- Sizi rəssamlığa gətirən nə oldu?
- Məni atam məcbur etməyib. Sizə deyim hətta 3 yaşımdan başlamışam çəkməyə. Daşda, divarda, stolun altında. Heç nə demirdi atam. Artıq seçim qarşısında qalanda rəssamlığı seçdim və atam mənə dedi ki, “sən bilirsən ki, ağır bir yükün altına girirsən? Çox şeydən imtina edəcəksən qəlbən. Sən başqa yolun yolçususan. Hamı palaza bürünüb, sürünəndə sən palazdan kənarda qalacaqsan? Sabah bunun istisi var, soyuğu var. Sən buna tab gətirəcəksən?” Dedim: “Həri!”

- Gənc rəssamlar, əsasən, öz yollarını kəşf etmək üçün kimlərisə kopyalayır, hansısa dahi rəssamları özünə kumir kimi seçir. Siz necə?
- Kumirlər olub. Bənzətmişik. Dərsə gedirdik, elə vaxt olurdu ki, gecə də məktəbdə qalırdıq, səhərə qədər işləyirdik. Dərsdən sonra qaçırdıq vağzala. Gözləmə zalında hazır pozalarda yatmış insanlar olurdu, onları çəkirdik. Hətta davalarımız da olurdu orada. “Məni çəkmə” deyənlər də olurdu. Öz aramızda sərgilər keçirdirdik. O illərdə görkəmli akademikimiz, dünya şöhrətli alim Xudu Məmmədov İnşaat Mühəndisləri İnstitutunda seminarlar keçirirdi. Öz növbəsində, xalq ənənələri, etnoqrafiya və milli sənət dilini dərindən öyrənmək üçün bu seminarlarda iştirak edirdik. Və nəticədə Xudu müəllimin hərtərəfli alim olduğunu bilirdik, öz növbəsində, də o kristal quruluşun memarlıqda sintezini həm də rəngkarlıqda tətbiqi üçün biz rəssamlara müəyyən tapşırıqlar verməklə “Kainat” qrupu yarandı. Tez bir zamanda 30 nəfərə yaxın rəssam tələbə bu qrupda çox maraqlı eksperimentlər etməyə başladıq. 1989-cu ildə həm siyasi məsələlər, həm də pərakəndəlik qrupun dağılmasına gətirib çıxartdı...Kumirlərdən isə Səttar, Tahir, Tofiq Cavadov, Mircavad xarici rəssamlardan Modiliani, Renuar və sairlər. Bunlar ayrı-ayrı meyvələrdi, bunları qatmaq olmaz. Sən də öz yolunu seçirsən.
- Siz necə, öz yolunuzu tapdız?
- Tapılmayan yollar hələ qabaqdadır! İnsan özünə məhdudiyyət qoymamalıdır. Onsuz da, sonu olmayan bir sənətdir rəssamlıq. O əsər güclüdür ki, o, hələ çəkilməyib, o uğur qabaqdadı ki, ona nail olunmayıb.Mənim bir məqsədim var. Gözəllik yaratmalıyam, insanlarda neqativ hisslər yox, məhz gözəl duyğular, xoş əhval-ruhiyyə və gələcəyə ümid kimi yalnız pozitiv enerji verim. Qorxu, dəhşət, çirkab bu mənim amalım deyil və çalışıram ki, heç kimə o hissləri aşılamayım. Düzdü, gözəlliyi Allahdı yaradan, mən kiməm ki?! Bizim əlimizdən də bu gəlir.

- Neftçi ailəsində böyümüsüz bayaq da vurğuladız. Neftlə də işləyən rəssamlar var. Bəs siz necə buna cəhd etmisiz?
- Yox. Qədimdən olub, amma mən istifadə etməmişəm.
- Yox. Qədimdən olub, amma mən istifadə etməmişəm.
- İlk sərginiz haqqında danışaq bir az...
- İlk sərgim mərkəzi pionerlər evində 15 yaşımda olub. İkinci sərgimi isə rəssamlıq məktəbini bitirmək şərəfinə təşkil etdim. Daha sonra Vaqif Musatafazadə adına musiqi məktəbində oldu. Sonra uzun illər mən fərdi sərgi etmədim. 2008-ci ildə Park Cafedə oldu.
- Növbəti sərgi haqda nə düşünürsüz?
- Günü bu gün də etmək olar, amma gərək bəzi işlər bitsin. Çoxdan arzulayıram ki, “Bakı sərgisi” açım. Başqa kompazisiyaları qoyaq bir qırağa, mənə doğma olan mövzular var. Birinci Bakı-Abşeron bağları mövzusudur. Tələbə olanda piyada gedib Bilgəhdə, Nardaranda, Buzovna qayalıqlarında yay, qış etüdlər edirdik. Həmin işlərdən ibarət, bəzilərini yenidən işləmək, bərpa edib, bəzilərinin elə əsilləri olmaq şərti ilə balaca “Bakı-Abşeron” sərgisi etmək istərdim.Məndə “Nar” mövzusu da var. Düzdür, narı çox rəssamlarımız işləyib, mən də özümə məxsus şəkildə mifik obraz olan “Nargilə”ni yaratmışam. Əslində bunu çəkəndə yəni, nar və qız obrazını yaradanda bilmirdim ki, belə bir mifik obraz Karfagen nağıllarında olub. Narın içindən çıxan qız olan tablolarımı yaradandan sonra bu nağıllarla tanış oldum. Dəhşətə gəldim ki, şüuraltı olaraq mən haralara gedib çıxmışam?! Buna qədər, doğurdan, bilmirdim bu haqda. Biləndə artıq tamaşaçısını tapan tablolarıma başqa gözlə baxdım. Son vaxtlar bunları təkrarlamıram hələ ki...

- Muzeylərdə işləriniz varmı?
- Dövlət fondunda və şəxsi kolleksiyalarda var. Okeanın o tayından tutmuş bu tayına kimi.
- Tələbə necə, heç fikirləşmisiz?
- Müəllim olmaq məsuliyyətlidir. Dəvət almamışam. Müəllim missiyası sadə iş deyil.
- Müəllim olmaq məsuliyyətlidir. Dəvət almamışam. Müəllim missiyası sadə iş deyil.
- Vüqar Əli bundan sonra...
- İlahidən gələn şeylərdi. Azərbaycan nağıllarını mən çox sevirəm. Dünya nağılları arasında bizim nağıllar kimi abstrakt, maraqlı, çoxmənalı, milyon mənalı nağıllar yoxdu. 40-cı qapı məsələsi. 39 qapıda hər şey var, 40-cıya can atırsan. Bəlalar da, xoşbəxtlik də oradan gəlir. Mənə görə 40-cı otaq həmişə bağlı olmalıdır. Sual ki verdin mənə “Vüqar Əli bundan sonra?!” - Allah bilir... Dünəni deyə bilərəm, sabah isə 40-cı otaqdır. O otağa mən necə girəcəyəm, yaxud girməyəcəm, o Allahın işidir...