Qadin.NET / Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO

Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO

 

Aparıcı Britaniya və Avropa sazlama şirkətlərindən biri, A. Kahn Design emalatxanası əlavələrlə işləyərək tamamladığı Audi Q3 TDI S yolsuzluq avtomobilini təqdim edib. Təmtəraqlı mini yolsuzluq avtomobili zərif dizayna, əla məhsuldarlığa və yüksək praktikliyə malikdir ki, bunlar da onu öz sinifinin ən yaxşı nümayəndələrindən biri edir. Minimal yenilənmələrə baxmayaraq yekun nəticə bəzən bir çox seriya avtomobillərində belə çatışmayan eksklüzivliyi və xarizmatikliyi ilə seçilir.Milli.Az 4charx.com-a istinadən bildirir ki, krossoverin kuzovuna bir neçə qat çəkilmiş "Amalfi White" unikal ağ rəng bamperlərin alt qoruması, kandarlarlar və təkər tağlarında saxlanmış zavod qara rəngi ilə təzad təşkil edr. Kahn Design əyləc sisteminin supportları da qara rəngdədir. 20 düymlük gümüşü Kahn RS-XF disklərə 255/40 ölçülü şinlər geydirilib.Avtomobilin salonuna qara rəngli təbii dəridən üz çəkilib. Qara rəngin bolluğu qırmızı yerləşdirmələr və ağ tikişlərlə seyrəldilib. Bundan başqa içəridə alüminium pedallar və cihaz lövhəsinin qırmızı siferblatları diqqət çəkir.

Mənbə: Milli.Az

Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO

29 oktyabr 2013
GO BACK