Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 9-12°, gündüz 16-21°, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 55-60 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-8°, gündüz 17-22° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və
Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman, gecə və səhər bəzi yerlərdə çiskin olacaq.
Temperaturun gecə 2-7°, gündüz 14-19° isti, dağlarda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-7° olacağı ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 6-11°, gündüz 17-22° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında. hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 8-10°, gündüz 15-20° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı ehtimal olunur.
Tibbi-meteoroloji proqnoz.Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Mənbə: Milli.Az