Qadin.NET / Yeni ABBYY FineReader Engine

Yeni ABBYY FineReader Engine

 

ABBYY şirkəti tərtibatçı-şirkətlərə mətnin, əlyazma rəmzlərin, işarələrin, ştrix-kodların optik tanınması və sənədlərin PDF-fayllara konvertasiyası funksiyasını əlavə etməyə imkan verən tərtibatçının alətləri versiyasını yaradıb. İlk dəfədir ki, şirkət Windows, Linux və Mac platformalarında istifadə edilə bilən yeni platforma formalaşdırıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, avtomatik təsnif funksiyası sənədləri daxil olan paketlərdə öncədən müəyyən edilmiş tiplər üzrə çeşidləməyə imkan verir (misal üçün, hesablar, hesab-fakturalar, müqavilələr, arayışlar, sığorta polisləri və s.). Çeşidləyici öncədən, müəyyən ediləcək hər bir tipə aid olan kiçik sənəd toplusu üzərində təlimlənir. Tipin müəyyən edilməsi coğrafi və mətni əlamətlərə görə həyata keçirilir. Yeni funksiya, bir prosessor nüvəsi də sənədləri dəqiqədə 120 səhifə sürəti ilə çeşidləməyə imkan verir və burada əllə çeşidləmədən fərqli olaraq daha yüksək dəqiqlik əldə edilə bilər.
Çeşidlənmiş sənədlər gələcəkdə arxivdə saxlanıla, öyrənilə və müvafiq bölmələrə ötürülə bilirlər.
PDF formatı ilə iş 12% daha sürətli olub, faylların ölçüləri 50% azaldılır, PDF/A-2 (JPEG2000 sıxlaşdırmanı və Unicodu dəstəkləyən, Avropa və ABŞ-da qəbul edilmiş, arxiv saxlaması üçün istifadə edilən standartı) formatına ixrac əlavə edilib.
Gələcək versiyalara PDF/A-3 formatına ixrac funksiyasının əlavə edilməsi nəzərdə tutulub (bu format istənilən formatda faylları quraşdırmağa imkan verir, XML, CSV, CAD, təsviri və digər fayllar daxil olmaqla).
Yeni intellektual versiya 64 bitlik arxitekturunu, təsvirlərin öncədən emalını, vizit kartların tanınmasını dəstəkləyir, ərəb, Çin, yapon, Koreya dillərinin tanınmasını yaxşılaşdırır.
Proqram 202 dildə mətnləri, 126 dildə əlyazmaları tanıyır. Yeni versiyaya latın, Azərbaycan və rus dilinin inqilabdan öncəki orfoqrafiyasının lüğət dəstəyi əlavə edilib.
Mənbə: Milli.Az
29 oktyabr 2013
GO BACK