Qadin.NET / Facebook ənənəvi KİV-i sıxışdırır

Facebook ənənəvi KİV-i sıxışdırır

 

Facebook kütləvi informasiya vasitəsinə çevrilməklə xəbər saytlarını sıxışdırır.Belə ki, Pew Research Center və John S. and James L. Knight Foundation şirkətlərinin birgə apardığı araşdırma müəyyən edib ki, sosial şəbəkələr, xüsusilə Facebook mətbuatı əvəzləməklə həqiqi kütləvi informasiya vasitəsinə çevrilir.ABŞ-ın 18 yaşından yuxarı 5173 sakini arasında sosial şəbəkələr haqqında geniş miqyasda aparılan ilk sorğu avqustun 21-dən sentyabrın 2-dək keçirilib. Yaşlı amerikalıların 3/1 hissəsi xəbərləri məhz Facebookdan alır ki, bu da sosial şəbəkədən istifadə edən yaşlı ABŞ sakinlərinin 47 faizi deməkdir.Bu, xüsusilə Twitter və Facebook şəbəkələrini ənənəvi informasiya kanallarından – televiziya və ya qəzetlərdən üstün tutan gənc insanlar üçün xarakterikdir.Milli.Az ICTnews-a istinadən bildirir ki, tədqiqat nümayəndələri müəyyən ediblər ki, rəyi soruşulan 18-24 yaşlı respondentlərin 34 faizi xəbərləri məhz sosial şəbəkələrdən əldə edir, halbuki 50-64 yaşlı insanlar arasında bu göstərici cəmi 10 faiz təşkil edir. Facebookdan ümumilikdə ABŞ-ın yaşlı (18 yaşından yuxarı) sakinlərinin 3/1 hissəsi istifadə edir.Onların əksəriyyəti – 59 faizi hələ də internetə smartfon və ya planşetlər vasitəsilə deyil, stasionar kompüter və ya noutbuklarla daxil olurlar.

Mənbə: Milli.Az
28 oktyabr 2013
GO BACK