Qadin.NET / Tanınmış klubdan ulduz oyunçuya sürpriz təklif

Tanınmış klubdan ulduz oyunçuya sürpriz təklif

 

İtaliyanın "Serie A" qrupunda oynayan "İnter", İspaniyanın La Liqa qruplarından olan "Barselona"nın ulduz oyunçusu Andres İnyestaya elçi düşüb.Anspress-in İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "İnter"in yeni sahibi Erik Thohir ulduz oyunçunu heyətinə qatmaq üçün böyük məbləğdə büdcə ayırıb. İnyesta isə "Barselona" ilə müqaviləni yeniləmək istədiyi üçün "İnter"in təklifi qarşısında başını itirib.İndoneziyalı iş adamının klubun başına keçməsindən sonra əsas hədəfinin Andres İnyesta olduğu qeyd olunur. Onun həm də yarımmüdafiəçi Xavi Hernandesi də klubuna tranfer etmək istədiyi məlum olub.
Mənbə: Milli.Az

 

29 oktyabr 2013
GO BACK