Qadin.NET / Cızıq və əl izlərinə davamlı yeni smartfon

Cızıq və əl izlərinə davamlı yeni smartfon

 

LG Electronics şirkəti tərəfindən elan edilmiş texniki spesifikasiyaya əsasən, LG G Flex smartfonu 720p təsvir ölçülü 6 düymlük bükük ekranla təchiz ediləcək. Aparatın çəkisi 177 qram olacaq, modellərdən birinin qalınlığı 7,9 mm, başqasında isə 8,7 millimetr olacaq. Aparat 2.26 QHs takt tezlikli Qualcomm Snapdragon 800 dördnüvəli prosessoru, 2 QB əməli yaddaşı, həmçinin 13 meqapiksellik kamera və 3500 milliamper/saat tutumunda akkumulyatorla təchiz ediləcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, Koreya şirkətinin nümayəndələri bildiriblər ki, aparat cızıq və əl izlərinə davamlı möhkəm xüsusi örtüklə təchiz ediləcək. Sözügedən yenilik Koreyada noyabrda təqdim ediləcək. Dünya bazarına çıxarılacağı haqqında məlumat yoxdur.
Mənbə: Milli.Az
28 oktyabr 2013
GO BACK